Ayaz Arabaçı : - Dünən gələ bilmədin...

gecə səhərə qədər,
bilirəm nə çəkmisən..
dünən gələ bilmədin,
bu gün gələcəkmisən.
menyumuz eşqlə dolu
amma ac oynayırıq.
az qala bir həftədir,
gizlənpaç oynayırıq.
iki sətir mesajla,
hansı şövqü yaşayım.
heç olmasa canlı aç,
görmə zövqü yaşayım.
dolubdu gözlərimdə,
piyalələr ləbələb..
başqa səbəb var dedin,
nədi o başqa səbəb.
özünü sərbəst burax,
yoxdu özgə buyruğum,
gəlməyə söz vermisən,
saçları at quyruğum.
indi mənim könlümün,
nəğmə dərsləri sənsən..
bütün uzaq yolların,
ayaq səsləri sənsən...
Paylaş