ALMANLAR MÜHARİBƏDƏ UDUZANDA BELƏ DİLXOR OLMAMIŞDILAR - Aqil ABBAS yazır

YAZARLAR 13:20 / 24.11.2022 Baxış sayı: 487

 

Alman maşını yapon samuraylarının qarşısında dura bilmədi. Bir sözlə, «Mersedes» «Honda»ya uduzdu.

Heç İkinci Dünya Müharibəsində almanlar məğlubiyyətə uğrayanda bu qədər dilxor olmamışdılar.

Mən İlkay Gündoğana görə almanlara azarkeşlik edirdim. Məşqçi onu əvəzləyəndə dedim ki, uduzacaqlar. Ümumiyyətlə, Məsut Özildən sonra alman futbolu özünü düzəldə bilmir.

Gündoğan ölkəsinin azarkeşləri də futboldan sonra hamıya nümunə göstərdilər – stadionu təmizləyib çıxıblar.

İspanlar da Kosta-Rikanı Qətərə gəlməyə peşman elədi – 7:0.

Yadıma Ulu Öndər Heydər Əliyevin millilərimizin Fransaya 10:0 uduzandan sonra Ağasəlim Mircavadova dediyi sözlər düşdü:

- Ağasəlim, özünüzlə qapıçı aparmamışdınız?

Yeri gəlmişkən. Yaponiya elə bizim kimi futbol ölkəsi deyil. İllər əvvəl oturdular, xarakiri xəncərlərini də qoydular qabaqlarına, fikirləşdilər, bir proqram tutdular və Braziliyanın məşhur futbolçusu Zikonu dəvət elədilər. Vaxt verdilər ki, Yaponiyada futbol yarat. Ziko da Foqtsdan fərqli olaraq əl-qolunu çırmayıb girişdi işə. Qorxdu ki, yaponların istədiyini yaratmasa onu xarakiri etməyə məcbur edərlər.

Biz isə beş il Azərbaycan futbolunu barmağına dolayan Foqtsu cah-cəlalla yola saldıq.

Azərbaycanda da futbolun inkişafı üçün onillik proqram tutulmuşdu. Urra! İki-üç stadion tikildi, Uşaq Futbol akademiyaları yaradıldı, məşhur kinoda deyildiyi kimi, bir ətək pul aldılar, bu da onların oynamaqları.

İndi «Qarabağ»la «Sabah»ın futbolçularının hesabına millimiz yoldaşlıq görüşündə iki qələbə çalıb De Byazini qaldırıb qoymuşuq göyün yeddinci qatına.

Yaponlar Braziliyadan məşqçi gətirdilər, deyirəm bəlkə biz də Yaponiyadan məşqçi gətirək? Həm futbol öyrədər, həm də xarakiri.

YAZ