Aksiya  108 gündür davam edir

MƏMLƏKƏT 09:29 / 29.03.2023 Baxış sayı: 1566

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan dinc etiraz aksiyası davam edir.

Yenises.az xəbər verir ki, bu gün aksiyadan 108 gün keçir.

Aksiyanı gecə saatlarında da davam etdirəm iştirakçılar növbəti günə də adəti üzrə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.

Aksiyanın tələb və şüarları dəyişməz qalır. Belə ki, aksiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb olunur.

İştirakçılar Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.