Aida Adıgözəl : - Yenə yadıma düşmüsən

Yenə yadıma düşmüsən,
darıxıram,
bulud keçir gözümdən,
damır tavan,
qulağımda su səsi...
Aramızda uzun yol var,
adı Sevgi körpüsü.
Səndən getmək
ölüm kimi...
Səndən keçmək
zülüm kimi...
Gəl Günəşim,
çıx Günəşim,
işıqlandır dünyamı,
zülmət olur tənhalığın kölgəsi.