Ağaevli Əli Hacı : - Yazda çiçək açan bu,ağacların

Yazda çiçək açan bu,ağacların
Sözümü gizlədim yarpağlarında !
Külək çiçəklərin yolduğu üçün,
Ağac,söz qaçırdı dodağlarından !
Haraya göndərim bu məktubları ?!
Özgə əl,özgə göz,külək görməsin !
Qoy,elə uzağdan ürəyim yansın,
Qoy,elə yaxından fələk görməsin !
Eşq daha süfrəmdə kasıblığımdı,
Dərd o,qədər bahadı,bölə bilmirəm !
Qəlbimin paytaxtı-ayrılığındı,
Mən də,tənhalığda ölə bilmirəm !
Qəm verdin ömrümə,sağlığın olsun
İçirəm bu ömrü sənsizliyimə !
Bu,qara günlərim, üz ağın olsun,
Bükərsən o,ağı mənsizliyimə !
Keçdi ələyimdən sevgi də,qəm də
Sevgim yaxa cırdı,qəm tanış oldu !
Yol salmaq istədim sən gedən yerə,
Payız yağış yağdı,sonra,qış oldu !
Bu yaz,çiçək açan bu ağacların
Sözümü gizlədim yarpağlarında !
Külək çiçəklərin yolduğu üçün,
Ağac söz qaçırdı dodağlarından !