Kəramət : - 

Kəramət : - GÖStƏRMƏLİK ədəbiyyat,  ona-buna hesablanan həyat

YAZARLAR 20:51 / 24.06.2025 Baxış sayı: 1828

 

....bütün ömrümüzü qonum-qonşuya, ətrafımıza, "necə eləsəm nə deyərlər"ə, nə yazsam hamının xoşuna gələrəm Ə, F/B=də də...o qədər ki, özümüzlə qalanda belə özümüz olmuruq....Hamını məmnun etməkçin qurulu günlər ...

Yasa gedirik ki, yasıma gəlsinlər , toya gedirik ki, toyuma təşrif buyursunlar...VƏ HAMIYA GÖSTIRMƏYƏ ki, burdayam.,

....yarımağa, yalaqlanmağa başlayırıq...mənsəb sahibi görüncə, nə cildə düşürük...vay-vay..."toy dəftəri"siz toya, "yas dəftəri"siz yasa getmirik, f/b-də baxırıq ki, kim bizi layk eləyib..fikir-mikir yox.....üzsüz adamlar yığıntısı toplum deyil.

Bizi sevənlər bizi görmür ki, bizi sevə, ümumiyə oynayan bir ümum obraz görürlər, sonra həyatın hansısa dolanbacında Bizimlə qarşılaşanda görürlər ki, biz O-BİZ deyilmişik, xəyal qırıqlığı, HƏYATDA HADİSƏ İLƏ QARŞILAŞMADIQCA GERÇƏK SİMAMIZ BİLİNMİR. İsrarla gizləyirik özümüzü..

F. Kahlo yaxşı deyi:, "Sevilmək üçün bir şey yapmamıza gərək yox məncə.

Həyatımızı daha gözəl, daha ağıllı görünməyə çalışaraq keçiririk.

Bizi sevənlər bizi qəlbiylə görür və sahib olduqlarımızdan çox şeylər bizə yaraşdırarlar. .bizi sevmək istəməyənlər bizim çabamıza əsla doymaz., məncə, qusurlarımızı rahat buraxmalıyıq- çox önəmli.

Bizi anlamaq üçün dəyərlidirlər. , ürəkdən sevənlər üçün."

İllah da sənətçi ola və hamının xoşuna gəlməyə çalışa..hər cür meymunluğa hazır...özü olmur, təbi ki, auditoriyaya, tribunaya oynamaq çoxluğu ehtizaza gətirə bilir, keçici olaraq, amma ÖZÜ yoxdur, ümumobrazın tərkib hissəsidir....