Ağaevli Əli Hacı : - GƏLƏR

Ədəbiyyat 10:17 / 14.10.2024 Baxış sayı: 2200

 

Yersiz sözə qapı açma,şər gələr

Haqq qapısın bağlamazlar ar gələ !

Öz könlündə yuva qurma hər kəsə,

Ev cəhənnəm,dünya sənə dar gələr !

 

Sevincindən payla dosta,tanışa

İsti yığsın bu payıza,o qışa !

Ümüd qırıb yazılma gəl,yaddaşa

Atdan düşər,qəm atlanar,qor gələr!

 

Ulu dağlar,uca göydən ağ geyib,

Səbir gəlib,məqamadək dur deyib .

Yoxsa gördün “ Nənəm mənə kor deyib”,

Dur yerinə,hər yetəni vur gələr !

 

İrfan əhli söz mülkündə bəy olar,

Əxlaqı yox,öz mülkündə bəy olar .

Əmək verib,vaxtsız dərsən zay olar,

Yetişəndə ağacından bar gələr !

 

Ədəbli ol,oğlum,sağ ol yejinən

Kitab olsun qoltuğunda o,dünən !

Varın olsa,çoxda getmə göyinən

Sadə olsan ,varlığına var gələr !