Adil Şirinin TƏZƏ ŞEİRLƏRİ
İndi çox uzaqda, çox uzaqdasan
Sevgimlə ovuda bilmirəm səni.
Özüm yadimdan çıxmışam,
Unuda bilmirəm səni.
Gəl, çəkilsin gözlərimdən
Həsrətin dumanı, çəni...
# # #
Ən kədərli,
Ən ümidsiz günlərimdə
Sənin eşqin gəlib durur
Çəkdiyin ahlarla mənim aramda.
Gözlərin gülümsəyir
İçimdəki gunahlarla mənim aramda...
# # #
Sən burda olsaydın əgər
Oturardıq bir xatirə kölgəsində
Üzü dənizə.
Göy üzundə uçan quşlar
Gozü yaşlı bir ayrılıq nəğməsi
Öyrədərdi bizə...