79  yaşlı  Dilçilik İnstitutu

Gündəm 10:12 / 27.03.2024 Baxış sayı: 2118

 

"Facebook" dostluğumda "Dilçilik İnstitutu" adıyla tanıdığım bir profil var. Yəqin ki, bu profilin arxasında böyük bir kollektivi təmsil edən hansısa bir insanın ürəyi döyünür. Daha doğrusu, o, kimdirsə, dostluğumda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Nəsimi adına Dilçilik İnstitutunu təmsil edir.

Həmin institutun isə martın 27-də 79 yaşı tamam olur…

Əslində, Dilçilik İnstitutu kimi tanınan bu elm ocağı 1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında, müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu kimi fəaliyyətə başlayıb. Sonra 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu kimi tanınıb. Daha sonra, 1945-ci ildən isə müstəqil Dilçilik İnstitutu kimi fəaliyyət göstərir və 1973-cü ildən bu İnstitutut görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin adını daşıyır. Və bu gün həmin institututa görkəmli alim, filologiya elmləri doktoru, professor Nadir Məmmədli rəhbərlik edir...

Nadir müəllim başda olmaqla, bu elm ocağınının kollektivini İnstitutun 79 yaşı münasibətilə təbrik edir, hər bir əməkdaşına möhkəm can sağlığı, firəvan həyat və elmi axtarışlarında uğurlar arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu