20 yaşlı oğlan özünü asdı - PAYTAXTDA

KRİMİNAL 08:53 / 18.05.2023 Baxış sayı: 1135

Bakının Binə qəsəbəsində  intihar hadisəsi olub.

Yenises.az  lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində qeydə alınıb. 20 yaşlı Həsənli Səfər Zahid oğlu fərdi təsərrüfatda yerləşən yardımçı tikilidə özünü asaraq, həyatına son qoyub.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.