14 yaşlı qızı  qaçırtdılar - MASALLIYA

KRİMİNAL 10:18 / 13.09.2023 Baxış sayı: 1493

Binəqədinin 14 yaşlı sakini  qaçırılıb.

"Unikal" xəbər verir ki, Eminova Mirvari Tofiq qızı Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan övladı - 2009-cu il təvəllüdlü qızı M.N-nin yaşadıqları evdən naməlum istiqamətdə gedib bir daha geri qayıtmayaraq itkin düşdüyünü bildirib.

Qız 43-cü PB-nin əməkdaşları ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını bildirib.

Faktla bağlı Binəqədi RPİ-nin 43-cü PB-də araşdırma aparılır.