10-cu sinif şagirdi məktəbdə ÖZÜNÜ ASDI

KRİMİNAL 15:18 / 04.10.2022 Baxış sayı: 1268

Azərbaycanda məktəbdə intihar hadisəsi olub.

Yenises.az lent.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Kültəpə kənd orta məktəbində baş verib.

Orada təhsil alan, 10-cu sinif şagirdi Nəcəfov Xəyal Sərxan oğlu sinif otağında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Babək rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.