Rəfail Tağızadə : - Bir qərib səfil kimiyəm

Şikəst xatirələr sıxır könlümü,
qəribə sığallar dəyir üzümə,
kimsə barmağıyla gəzir sinəmdə,
kiminsə yuxusu dolur gözümə.
Sağını, solunu tanımadığım
bu gecə qaranlıq betərdən betər,
bu yolsuz, cığırsız sərxoş gecənin
içində dipdiri ayıqlar itər.
Üzündə gecənin bəd bəhanəsi
gündüzün sehrini qovur küləklər,
yuxulu bir qərib səfil kimiyəm
bu gecə çiynimdən uçur mələklər.