Əşrəf Veysəlli : - “ SARI BÜLBÜL”

Yar könlünü verdi xara,
Qəlbimizi çəkdi dara.
Mənim günüm oldu qara,
Sənin köksün sarı, bülbül
Ürəyimdə gül açdı qəm,
Dodağımda dil açdı qəm.
Mən gözləri neyləyirəm
Görməyirsə yarı, bülbül.
Nəğmələrdir ruhun, canın
Dillərdədir adın- sanın.
Oxu, oxu!- tar çalanın
Yandı barmaqları, bülbül.
Sən hər işi bilə- bilə
Dərdimizi çəkdin zilə.
Ürəyimi nəğmən ilə
Gəl ovundur barı, bülbül.
Dilə-dişə düşdü adım,
İstəyimə necə çatım?
Mən yarımdan yarımadım,
Sən yarından yarı, bülbül.