Şakir Xanhüseyn : - "SÜBH NAXIŞLARI"NDAN

Ədəbiyyat 08:58 / 15.05.2025 Baxış sayı: 750

 

***

a quşcuqlarım,

yarama duz kimi səpirəm səsinizi,

baxıram oxuyur,

şəhid edirsiniz özünüzü...

bir an qonaq saxlayın məni səsinizə,

həmişə oyaq saxlayın məni,

yatanda da...

ötün, gözəl nəğmələr ötün,

izsiz, hissiz keçib ötməyin məndən,

a quşcuqlarım...

15.05.2024

***

çölə çıxıram,

quşların qırğınıdı,

səslərini atıb başlarına

oyatmaq istəyirlər

sanki yatmış dünyanı,

tanrı,

çox elə azı-

quşların səsində eşit

dualarımızı...