Zəka Vilayətoğlu : - Bu axşam duyğular sarıb könlümu

Bu axşam duyğular sarıb könlümu
Bilmirəm, yerdəmi, ya göydəmiyəm.
Könül badəmdəki duyğularımin
Elə sərxoşuyam, elə dəmiyəm!
Gözümdə dalan da, küçə də sərxoş,
Doğan Ay da sərxoş, gecə də sərxoş,
Dünya özü belə necə də sərxoş,
Yoxsa ovsundamı, sehrdəmiyəm?!
Ömür qayıq kimi göz baxarında,
Üzür, ləngər vurur vaxt axarında,
Könül çicəkləyir söz baharında
Bilməm nəğmədəmi, şeirdəmiyəm?!
15.05.2025