Xəyalə Sevil : - Ömrüm-günüm

Ədəbiyyat 08:40 / 18.06.2025 Baxış sayı: 1465

Ağladım, göz yaşım son sözüm oldu,

Bu tale nə yaman tərs düzüm oldu.

Sənin məndən sonra bir qızın oldu,

Mənim səndən sonra heç... Ömrüm-günüm

 

Ötdü yığın-yığın dərd ürəyimdən,

Bu sənsiz, bu yalqız, pərt ürəyimdən.

Kimlər keçmədi ki, yurd ürəyimdən

Tək sən qalan oldun, keç, ömrüm- günüm.

 

Bu eşqin ağrıyan yeriyəm, nəyəm?

Mən sənsiz dəlinin biriyəm, nəyəm?

Bilmirəm ölüyəm, diriyəm, nəyəm?

Məni görən olsan, seç, ömrüm-günüm.