Elnur Uğur Abdiyev : -  Mənim deyil gözlərim!

 

 

 

 

Ədəbiyyat 10:45 / 20.06.2025 Baxış sayı: 2685

Gözüm görmür özümü,

Sən gözümə köçəni!

Gözlərimə demişəm,

Daha unutsun səni!

 

Gözümün qarasında,

Doğulur ay bənizin!

Hər gün səndə boğulur,

Bu ruhum,ay dənizim!

 

Əllərim gözüm üstə,

And olsun yerə,göyə,

Çəkmirəm ki, gözümdən

Düşə bilərsən deyə!

 

Gözümün qarasına,

Ağ saldı ta gözlərin!

Sən gözümə köçəni,

Mənim deyil gözlərim!