Emin Piri : - SAFDI GÜNAHKAR

Ədəbiyyat 16:02 / 22.06.2025 Baxış sayı: 1853

 

Sən niyə burda doğuldun,

bəlkə

Allahdı günahkar.

Bəlkə də atan, anandı

ya elə şahdı günahkar?!

Heç ölmədin acından da,

Çəkinmədin tacından da.

bax e,

dar ağacından da

ucadı şaxdı-günahkar!

Təmiz qara geyərsiniz,

başınızı əyərsiniz,

içinizə deyərsiniz:

“Gör necə!

Safdı günahkar!”