Ələsgər ƏLİOĞLU : - YER YOXDUR

Ədəbiyyat 10:40 / 22.06.2025 Baxış sayı: 2399

 

Dünya mənə hey özünü göstərir,

Ümidimin ölüsünü göstərir...

Addım -addım boz üzünü göstərir,

Nə bu günə, nə sabaha yer yoxdur.

 

Baxan olmur heç ağa, heç qaraya,

Hər ömür-gün dönür sirli qalaya...

Görürsən ki, kimsə çatmır haraya,

Nə amana, nə də aha yer yoxdur.

 

Hər kabnetə bir Zülqədər qoyurlar,

Qabaq-qənşər min cür tələ qururlar...

Ürəyini boşaltdığın quyular,

Baxırsan ki, dolub daha, yer yoxdur!..

22.06.2025