Xanım İsmayılqızı - Yüz qapı var...

Yüz qapı var - seçməsi müşkül,
Su verilib - içməsi müşkül,
Yoldu gedir - keçməsi müşkül.
Sazdı çalır - yanğısı dahi,
Sevgi gəlib - ağrısı dahi,
Tanrı Səsi - sorğusu dahi.
Yaşdı keçir - saymasan olmur,
Candı şirin - qıymasan olmur,
Üz qabığın - soymasan olmur.
Həftə gəlir - ayda tamamdı,
Ağrı yükü - vayda tamamdı,
Yerdə keçid - göydə tamamdı.