Məktəblərdə 5 günlük yaz tətili başladı

HÜQUQ 10:00 / 01.05.2025 Baxış sayı: 2676

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilib.

Bu barədə  Yenises.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.

️Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6 may tarixinə təsadüf edəcək.