Vahid Paşayev : - Pozulmayan  yazı

YAZARLAR 20:31 / 04.05.2025 Baxış sayı: 1085

...vergülü,nöqtəsi yerində olan yazı pozulan deyil,

göy üzü tutulub dünya qaranlığa qərq olsa da,...arzusunda olduğun,qəlbində qərar tutan bir istəyin ardınca əminliklə,inamla qaçarsan...gözlənilmədən elə bir situasiya ilə qarşılaşarsan ki,donub yerində qalarsan,bir addım atmağa belə taqətin qalmaz,ürəyində özünü danlayar,talekəmliyindən şikayətlərsən.

Lakin qışın oğlan çağı,qarlı-boranlı bir havada, sis-dumanı qəflətən yarıb çıxan günəş işığında elə bir aydınlığa qovuşarsan ki,sevincinin həddi-hüdudu sərhədsiz, həm qövsi-qüzeh tək rəngbərəng və həmdə məstedici olar.

Su aydınlıqdır deyiblər, o su buludların sevinc göz yaşıdırsa və yağış altında atılan gül dəstəsi növbəti izdivaca hazırlaşanlardan yalnız sənin ağuşuna qonursa,...alın yazısı deyilən yazıya inanmaq və mütəmadi olaraq yaradana dua etmək gərək!