Şakir Xanhüseyn : - yolun başında, ya axrında

yolun başında, ya axrında
düşünmək?
ocağa yaxın, ya ocaqdan uzaqda
üşümək?
ömrün
sonundamı, əvvəlindəmi gərəkdi
tabut?
unut, rahat nəfəs aldığını,
unut,
çarəsiz, heçkimsiz qaldığını
unut...
çiçəklərin açmadan soldular,
heyif,
bacıların
sən ölmədən
saçlarını yoldular,
heyif,
necə olacaq
sən olmadan?!.
***
bütün sözlərə bir hərf artır,
uzat bütün sözləri...
nə qədər ötkəm ola bilər
de, bir lütün sözləri?..