Şakir Xanhüseyn :- ÜSTÜÖRTÜLÜ şeir...

Üstüörtülü, açıq fikirlər...
Nə olsa da,
bir yerindən gizli qalır
mütləq bir şeylər,
nəğmələr, şeirlər...
Görürsən ki, göz yaşını gizlədir
aşkarda
ağlayan da...
Basdırıb üstünü
itiririk izini çox işimizin-
deyirik qalsın guzlin...
Bu açıq yolların da
gizlidi sağında sol,
solunda sağ,
ay Allah…
söylənilən hər sözün,
diqqət etsən, var gizlinliyi;
adam heç bilmək də istəmir,
əslində, bütün sirləri...