Sabir Zəkullaoğlundan ÖZƏL YANAŞMA
jpg-1670573660jpg-1745986767.jpg)
· Heç şübhəsiz ki allah insanları yaratmayıb, insanlar özləri üçün bir allah yaradıblar.
Ancaq bu proses də səmavi kitablar kimi göydən asanlıqla düşməyib. Bu fikirin formalaşması üçün tarix uzun bir zaman qət edib.
Əvvəllər hər qəbilənin, hər tayfanın bir allahı olub.
Daha sonra ölkələr və çəmiyyətlər formalaşdıqca hər toplum özü üçün bir allah fikirləşib. Çoxallahlıq formalaşıb.
Kimi günəşə, kimi oda, ağaca, daşa inanıb.
İnsanlar allahı gildən, daşdan, ağacdan yonub düzəldirdilər.
Belə olduğu şəraitdə hökmdarlar Allahın real yox, mücərrəd, ən yaxşı halda taxtadan, daşdan düzəldiyini görüb, özləri allahlıq iddiasına düşdülər.
Başlayıblar allahlıq etməyə.
Allah üçün demək lazımdır-bacarıblar!
Hər hökmdar öz qüdrəti qədər, idarə etdikləri ərazilərdə öz allahlıq missiyalarını həyata keçirib.
Onsuz da hökmdarların etdikləri zülmün bədəlini onlardan heç kim soruşmur.
Əksinə, o zalım baş kəsən insanlar tarixdə qəhrəman kimi qalıblar.
Belə bir şəraitdə insan oğlu çoxallahlığın doğru olmadığının fərqini anlayıb, özləri üçün daha mükəmməl bir allah fikirləşib tapıblar.
Artıq bu allah taxtadan, gildən yox, nədən hazırlanması haqda düşünülmısi belə günah olan bir varlıq kimi yaradılıb. Həm də daha müqəddəs və əlçatmaz olsun deyə, insanlar onu göydə qərarlaşdırdı.
Bir müddət insanların fikirlərdə yaratdığı Allaha heç kimin əli çatmayıb.
Lakin zamanla daha ağıllı adamlar özlərini peyğəmbər elan edərək, insan təxəyyülünün məhsulu olan, göydə qərar tutmuş Allahla "əlaqə yaratmağa" nail olublar.
Və belə ağıllı insanlar nə az, nə çox düz 124 mindir.
Dünya elmi yaranışın necə baş verdiyini elmi əsaslarla aça bilmədiyi üçün, bu sferada hələ də boşluq qalmaqdadır. Odur ki, uzun illərdir bu boşluğu uydurulmuş dinlər tutur.
Bu gün dinlər təkallahlığı sözdə və öz kitablarında qəbul etsələr də, görünən o ki, dünyamız, insanın öz təxəyülündə yaratmış olduğu tək allah tərəfindən idarə olunmur.
Əslində bu gün də çoxallahlıq davam etməkdədir.
Amerikanın öz allahı var. Rus, İngilis, Çin, Yaponun da öz.
Məsələn ABŞ dövlət başçısı istəsə bu gün İrak, Misir, Liviyanı təzədən "şumlayar" .
Necə ki, ABŞ Fələstində bu "əkinçilik" işini ən yüksək texnologiyalarla həyata keçirir.
Əhalisi və ərazisi təcrübə mərkəzinə çevrilmiş bu regionda yaşayan insanların naləsi ərşə çatsa da, göydəki allah onların ərizəsini qəbul etmir.
Ümid qalır yenə də yerdəki allahlara.
Maraqlı və ağrılı hal ondan ibarətdir ki, bütün millətlərdən qabaq özləri üçün Göy Türk tanrısı yaradan türklər neçə illərdir ki, tanrısız qalıblar.
Yüz illərdir türklər ərəbin Allahına ibadət edirlər.
Hələ ki, Tanrı Allaha uduzur.