Neft Emalı Zavodunda yanğın -Helikopterlər cəlb olundu 

Gündəm 13:08 / 22.10.2024 Baxış sayı: 228

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenises.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

***

Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğının söndürülməsinə helikopterlər cəlb olunub.

Hadisə baş verən ərazidə iki yanğınsöndürən helikopter hərəkət edir.