Məhərrən Şəmkirli : - SAAT NEÇƏDƏ?

YAZARLAR 09:47 / 22.10.2024 Baxış sayı: 157

                          

Başları söhbətə elə qarışmışdı ki,qaranlığın düşməyindən xəbərləri yox idi.Qəfildən Xəlil diləndi:-Bıy, bacı,xəbərimiz olmayıb gecə düşüb ki.Daha gecdi,mən gedim.Yolum da uzaqdır.Uşaqlar yatmamış özümü evə çatdırsam yaxşıdır.-Dayı,niyə fikir eləyirsən,maşallah atın Qırata oxşayır,inşallah səni evinizə vaxtında çatdırar.Bunu bacısı oğlu Səlim dedi.Xəlil oturduğu yerdən qalxdı.Bacısı və uşaqları da onu ötürmək üçün mizin arxasından qalxdılar.Xəlil qabaqda,bacısı və uşaqlarıarxada çölə çıxdılar.Səlim pilləkənləri hamıdanqabaq düşüb, çardağın altında mıxa bağlanmış atı açıb gətirdi.Xəlil ayağını üzəngiyə qoyub, atın belinə qalxdı.Yerini rahatlayıb:-Bacı,gecikmən ha,heç olmasa özünüzü gəlin gətirməyə çatdırın,Yaxşıdi, gecəniz xeyrə qalsın,yolçu yolda gərək deyib,ata qamçıyla yavaşca toxundu.

Xəlil oğlu Turalı evləndirirdi.Xoşbət olsunlar,qoşa qarısınlar.Ona görə də qonşu kənddə yaşayan bacısını toya dəvət eləməyə gəlmişdi.Bu xoş xəbəri bacısına telefonla da çatdıra bilərdi.telofon çıxandan camaatın doğmalarını,qonum-qonşunu ziyarəti tamam unudulmuşdu, evlənlərə xeyir-duanıda,ölənlərin yaxınlarına daş sağlığını da onunla verirdilər.Amma Xəlil telefonla bunu eləmədi.Bu ana əvəzi olan böyük bacısına hörmətsizlik olardı.

Kiminsə diqqətsizliyindən,laqeyidliyindən qəbristanlığın müəyyən yerlərinə su düşmüşdü.Doğrudur,heç bir qəbirə ciddi ziyan dəyməmişdi.Yaxşı ki,qəbistanlığın gözətçisi Qurban kişi bunu vaxtında görmüş,suyun ağzını başqa yerə səmtləndirmişdi.Qəbristanlığın sü düşən yerində yaxşı ot göyərmişdi.Qəbistanlığın yaxınlığında yaşayan Qurban kişi gecəningecə vaxtı kərəntisini çiyninə alıb yaşıllığı biçməyə gəlmişdi.Qoyunlarından ikisi yenicə doğmuşdu,onların qarnını douzdurmaq lazım idi.Qurban kişi təzəcə bissimillah eləyib işə başlamışdı ki,yaxınlıqdan at ayaqlarının səsi gəldi.Qurban kişi iri bir başdanın arxasına keçib kərəntinin sapını sağ qoltuğunun altına keçirib, özünə dayağ elədi və səs gələn tərəfə baxdı.Çətinliklə olsa da gələni tanıdı.         Xəlil idi.Qurban kişi öz-özünə sual verdi:Ə.görəsən gecə vaxtı bu hardan gəlir? Öz-öznəverdiyi sualını özü də cavablandırdı:-Sənin nəyinə lazımdır ay qoca, kim hardan gəlir,kim hara gedir? Otunu çal!

Xəlilin kefi yuxarıydı.Axı niyə də olmasın? İlk dəfəydi ki,qapısında xeyir iş eləyirdi,yeganə oğlu Yusifi evləndirirdi.Atın üstündə dikəlif üzünü qəbristanlığa tutub ölülərə xitabən:-Axşamınız xeyir olsun,Sabah hamınızı oğlum Yusifin toyuna dəvət eləyirəm,əyin-başınızı dəyişib gələrsiniz.Xəlili içkili (bir Allahşahid idi ki,Xəlil dilinə bir qıram da olsun araq vurmamışdı)zənn edən Qurban kişi:-Ə,saat neçədə?

Səsi eşidən Xəlil atın belində özünü itirdi,bərk qoxdu,bədəninə soyuq tər gəldi.Qəbristanlıq eləbir yerdir ki,nəyinki gecə,gündüz belə onun yanından keçəndə adam vahimələnir,,qorxur,eymənir.Xəlil isə səs eşidirdi.Nəyinki Xəlil,kim olsaydı “saat neçədə?”sualından özünü itirər,atın belindən bir baş yerə gələrdi,bəlkədə ürəyi gedib səhərə kimi yerdə qalardı.Amma Xəlil nə yıxıldı,nə ürəyi gedib yerdə qaldı.Qəfildən ata möhkəm bir qamçı vurdu.At qəfil zərbədən götürüldü,nə götürüldü.Bir də həyətlərində dayandı.Xəlili atın belindəpəjmürdə görənlər onu ahatəyə aldılar.Hərə bir tərəfdən:-Xəlil,sənənə olub,niyə bu haldasan?

Xəlil xırıltılı səslə:-Qəbristanlığın yanından keçəndə ağzım boşdurmadı,ölülərə dedim ki,sizisabah oğlumun toyuna dəvət edirəm.Elə bu vaxt başdaşlarının birindən səs gəldi,”saat neçədə?”

Xəlilin qayınanası:-Can bala,qorxdun?

-Çox.

-Ay uşaqlar,tez biriniz həkim Qoşqarın,biriniz də cindər Ələmqulunun yanına qaçıb bir qorxu duası yazdırıb gətirsin,yaxasına tikək,-deyə ətrafda dayanancavanlara göstəriş verdi.