Xanım İsmayılqızı : - Hey...
Dolu-dolu buludlarda olma, hey...
Şirin-şirin yuxularda qalma, hey...
Bu həyatın anlamını gey də, gəl...
Bilinməyən yurda məskən salma, hey...
Yavaş-yavaş dirilənlər bardı, hey...
Şimşək-şimşək çaxılanlar vardı, hey...
Bütün bağlı qapıları döy də, gəl...
Nə olsun ki, dünya bizə dardı, hey...
Koma-koma dağılanın yoldu, hey...
Gizli-gizli boğulanın boldu, hey...
Artıq yerə qovuşacaq göy də, gəl...
Ağa yoxdu, indi hamı quldu, hey...
Damla-damla dolub-daşan göldü, hey...
Zərrə-zərrə hər gün bizi böldü, hey...
Həm varını, həm yoxunu söy də, gəl...
Burda biri gizlənməkdən öldü, hey...
Qurtum-qurtum udulan da qandı, hey...
Dözə-dözə qıvrılan da candı, hey...
Xəbər gətir, öz dünyanı öy də, gəl...
Samanlıqda bütün çöplər yandı, heeeey...