Elnur Uğur Abdiyev : - OLMUR
Yazda tapdalanan tər lalələrin,
Qışda xiffətini çəkməsəm olmur.
Hər keçən günümü keçən günümdə,
Bu günün abrına bükməsəm olmur.
Bax qış soyundurub ağacın şivin,
Özlədim budaqdan sərçə civ- civin.
Dostların çiy daşdan tikdiyi evin
Mən isə xəyaldan tikməsəm olmur.
Ümidin bu şaqraq,bu şən çağında,
Qara gün ağarır gözün ağında.
Hər gün dincəlməyə bu söz bağında
Bir sevgi ağacı əkməsəm olmur.