Kəramət : - MƏN ÖZÜM-ÖZÜMÜ İZOLƏ (İZOLASİYA) etmişəm,

yalnız deyiləm.
" Başqalarından uzaqlaşmamız nə nifrətin, nə də bir dəyişimin sonucudur,"
Bir Fərqli Yanaşmaya rast gəldim və onun üzərinə..düşündüm və O yazıyla fikir bölüşməsi kimidir bu paylaşımım , ya da o fikrin sərbəstcə çevirməsi, məndəki əks-sədası da...deyilə bilər.
İzolizosiyanı özün seçirsən, yalqızlığı isə sənə dayatırlar və özünü təcrid etmək bulaşıq və kirlənmiş cəmiyyətdən-məkandan-bataqlıqdan-geriçilikdən-çürümüşlükdən, sürü psixolojisindən özünü qorumaqdı, hə...hə..MƏHZ özünü qorumaqdır bir yönüylə.
Bu səbəbdən belə dəyərsizləşən yerdə dəyər görməzlər, dioloqun, fikir bildirməyin bihudə olduğunu görərlər...hər bir çaba bataqlıqda bir az da, bir az da batmaqdı, yəni xəstəni müalicə edərlər ÖLÜNÜ MÜALİCƏ ETMƏZLƏR.
Özlərinin dəyər görmədiyinə görə deyil, şəxslərinə qarşı ədalətsiz-vicdansız münasibətdə deyil məsələ, bütün zamanlarda, ölkələrdə SON QALA həmin toplumun ədəbi-mədəni-elmi qaynağıdır, YAZIÇI MÜHİTİ DƏ XƏSTƏLİK YAYIRSA, iş bitmişdir, "ONDA HƏKİM, SALAMUN-ƏLEYKÜM" (Ə. Kərim )..
...geri çəkilib dünyanı uzaqdan izləməyə, hadisələri analiz etməyə qərar verilmişdir—dərin insani təcrübələrə, fikrə dayanaraq.
Səssizlik, izolasiya deyildir.
İzolasiya, bir depresiya biçimi də deyildir.
ÖZbaşına qalmaq da özünə qapanmaq, tərki-dünyalıq deyildir.
Pozulmuş bir toplumdan uzaqlaşmaq, dışlanmışlıq deyil, YETGİNLİK-olğunluq işarətidir.
Bəzən fikrimizin isbatı üçün FİKİR sahiblərindən misallara ehtiyac yaranır ki, dinləniləsən, ən azından.
X. Murakami:
-Dərin nəhrlər səssiz axar.
M. Sarton:
-Yalnızlıq ruhun yoxsulluğudur, izolasiya ruhun zənginliyidir.
F. Dostoyevski:
-İzolasiya, insanın öz düşüncəsiylə, zehniylə baş- başa qaldığı kiçik bir guşədir.
E. Heminquey:
-Başqalarından uzaqlaşmamız nə nifrətin, nə də bir dəyişimin sonucudur, yalnızca yorgun ruhlar üçün izolasiya bir sığınacaqtır.
F. Nitzşe:
-İnsan zəkası nə qədər yüksəlirsə, gurultüya olan ehtiyacı da o qədər azalır.
........
İÇİNDƏKİ ADAMI QORUMAQ VƏ ÖZGÜVƏNDİR-ÖZÜNÜ TƏCRİD ETMƏK VƏ KÜTLƏVİ SƏHNƏDƏ OYNAYIB ÖZÜNƏ QAYITMAQDIR, ZAMAN-ZAMA-BUNU DA MƏN UYDURDUM-kəramət.