Əbülfət Mədətoğlu : - "Yükü duzdu..."

Yükü duzdu, dəmir deyil
Nəm çəkir aşkar hər şeydən.
Yanıb amma , kömür deyil -
Düşməyibdi canı heydən...
Gözü seçir ovuc için
Gedir, söykənib çəliyə...
Xəyalında xırman, biçin -
Dünya qalıb bir dəliyə!...
Düyün düşür dilin ucu ,
Tez-tez çəkdiyi bir addan...
Yapışmaqdı əlin suçu -
Bu boş, mənasız həyatdan!..
Özünün özünə qəsdi
Allah cəzasından betər!..
Bircə təbəssümü bəsdi! -
Yanında olmağa yetər...
...Sərhəddi itib zamanın
Birdi ona gündüz, gecə...
Qoruyur sevgi inamın -
Həsrətlə hər an heç- heçə...