Bəhruz  Niftəliyev : - Ətrin bahardır, sevgilim

Ədəbiyyat 15:54 / 30.04.2025 Baxış sayı: 1495

Ətrin bahardır, sevgilim

Həyat bahadır...

Hisslər ağadır, sevgilim

Sən zərsən, mən zərgər!

 

Adın duadır, sevgilim,

Dadın dəvadır.

Qadın dünyadır, sevgilim

Sən pərsən, mən pərgar!

 

Öpərsə, ahdır sevgilim,

Öpməsə günah.

Sanki Allahdır sevgilim

Tən, Yarım yaradar!

30.04.25