Elnur Uğur Abdiyev : - Dənizin xəritəsi.
jpg-1745919119.jpg)
Qağayı gözləridir,
Dənizin xəritəsi.
Qağayının səsində,
Sınır suların səsi.
Qağayı sevdasıdır,
Dənizin dalğaları.
Sular da uçmaq istər,
Üzü Tanrıya sarı.
Dəniz qiyyəsin çəkir,
Qağayısızlayanda.
Sular da sızıldıyır,
Qağayı sızlayanda.
Dənizi hasarlayan,
Gücü Allah sayırsan?
Dənizə sahibini-
Eşqi hasarlayırsan
Dalğaların başından,
Atılmaq sevdası var.
Dənizi hasarlama,
Ruh sənə hasar olar!