55 yaşın işığında

Dünən, yəni -28 aprel 2025-ci il tarixdə AYB Lənkəran Bölməsinin və H.Əliyev Mərkəzinin təşkilatçılığı ilə Mərkəzdə şair Qorxmaz Kadusinin 55 illiyi və yeni kitabının nəşr olunması münasibətilə tədbir keçirildi.
Tədbirdə ziyalılar,tələbələr,bölgə yazarları, müxtəlif rayonlardan gəlmiş qonaqlar,yubilyarın yaxınları,dostları iştirak etdilər.
Çıxış edənlər şairi yubileyinə və kitabının nəşrinə görə təbrik etdilər.
AYB Lənkəran Bölməsinin sədri yazıçı - publisist Qafar Cəfərli geniş və əhatəli çıxışında Qorxmaz müəllimin özünün və sözünün özəl dəyərlərindən söz açmış, onun istedadının geniş imkanlarından bəhs etmişdi. Yubliyaras yeni yaradıcılıq uğurları arzulamışdı .
Məktəb şagirdləri,tələbələr və tanınmış aktrisa Aynur Əhmədova tərəfindən ifa olunan şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Bütün reaksiyalar:
89Sevil İsayeva, Firidun Agazade və başqa 87 nəfər
