Kəramət : - İNDİ PROLETARİAT OLMADIĞINDAN

İNDİ PROLETARİAT OLMADIĞINDAN XALQ
ŞAİRİ DƏ YOXDUR
...indi mütləq çoxluq, mütləq azlıq var və hər ikisinin ortaq özəlliyi ƏLAHƏZRƏT DOLARIN hakimiyyəti altında altında köləliyini sürdürməsidir.
Çoxluq -90 faiz ac-gic həyatda qalmaqçın fiziki-mənəvi hərraca çıxarılıb, AZLIQ da Pulun köləliyində həyatda qalmaqçın nəinki həyatını oğurladığı çoxluğun qanını hər gün daha çox manyakcasına içir, Pul onu çoxluqdan daha çox əzir, daha çox dəyərsizləşdirir, əxlaqsızlaşdırır, Yuxarıdan Pulun, aşağıda çoxluğun məngənəsində daha çox kölələşir və beləliklə, tükədici çürümə başlayır....
Bütün dünyada gedən proses təqribən belədir.
Bəs Ədəbiyyat nə edir? İyləyir havanı və başlayır ÇOXLUĞUN QANINI MANYAKCASINA SORAN 10%-Ə quyruq bulamağa, ədəbiyyatın ana axını bu istiqamətə yönləndirilir: Bu "əsər"lərdə zamandan-məkandan əsər-əlamət yoxdur, bir tərəfdən montajçılıq , oğurluq yenilik kimi sırınır, digər tərəfdən geridə qalmış, kiflənmiş duyğular təkrar-təkrar "istehsal" olunduğundan yaramaz hala düşüb...
Vassalın vassalının da vassalı ədəbiyyatının kütləviləşməsi cəmiyyəti sümürən 10%-ə xidmət edir...yaradıcılıq funksiyasını itirdiyinə görə...
ƏDƏBİYYAT TƏRƏF OLMALI DEYİL, TƏBİİ, EYNƏN GÜNƏŞ KİMİ ...
amma onun nəbzi zamanla atmalı, yaşadığı mühitin havasını, ritmini ehtiva etməlidir, əlbəttə, bilgili, dünyayla üzvi rabitəylə:
Cismən-bədi texnologiya, Ruhən-fikir, düşüncə inteqrasiyası şəklində...hansı dövrü və hansı coğrafiyanı əhatə edir, keçmişdən-gələcəkdən-yuxudan bəhs etsə də.