Kəramət : - BEYNİMİZİN HƏBSXANASI

YAZARLAR 08:24 / 22.04.2025 Baxış sayı: 853

K A P O K R A T İ Y A ədəbiyyatı

sovet ədəbiyyatından təhlükəli,

 

...və əzbərlədilmiz sözlərdən qurtulmaq cəhdləri uğursuz görünən QƏLƏBƏDİR və düşüncə tarixi də bizə bunu öyrədir, əzbərlətdirmir...əzbərçilik ədəbiyyatda da məlumun elanını gətirir və bu yerində sayan, özünütəkrar nəinki irəli getməyi təmin etmir...hərəkətsizliyi bəsləyir, bir yerdə qalan sular isə pis qoxuyur....dayanmaq yox, axmaq gərək yenilənmiş duyğu-düşüncələrlə, daşlara-qayalara çırpılaraq qanın ətrafa səpilsə də, şəklin-forman da dəyişəcək, janrın-əlbisən də, lap çıl-çılpaq ol, əsas məsələ özünsən.

Ona görə hamı şair-mair olur, meyxanaçıdı, manısdır, məmurdur, deputatdır....burda "STOP" eləyim...

...hansı zamanda, şərtlər daxilində, hansı ideoloji-fiziki axınların burulğanında yaşadığımızı dərk etmədən-duymadan yazdıqlarımız da "Həvəskar şairlikdən" o yana getməz, necə ki, oxuduqlarımız da həvəs, arzu, alqış-qarğışdan o yana getmir, halbu ki, indiki uşaqlar belə bizim şeirimizdəki nağıllara inanmır, daha praqmatik-cəsarətlidirlər......

...yeni görünən də...yox bu başqa mövzudur...indiki Siyasi-ideoloji zamanda 2 aparıcı axın dünya iqtisadiyyatını da, ədəbiyyatını da, ölkələri də şəkilləndirir, vassalın vassalının vassalı olmadığımızı bilmirik....

Dövr ...80-ci illər dünyada Demokratiya, 2000-ci illərdən başlayaraq isə, ədəbi daxil , K A P O K R A İ Y A kimi ortaya çıxır, bu istiqamətdə təzə-təzə araşdırmalar da başlayıb....

Məni, təbi ki, məsələnin ədəbi tərəfi maraqlandırır, amma biri-biriylə bağlı məsələlərdir...

...söhbətə həvəsim olsa, söhbət edəcəyəm bu barədə, yəni ədəbiyyatın şəkillənməsindəki rolu barədə...