İlqar TÜRKOĞLUNDAN AÇIQLAMA

Əziz dostlar!
Böyük məmnuniyyətlə bildiririk ki, 2025-ci il aprelin 22-dən 28-dək Almatıda (Qazaxıstan) 10-cu Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalı keçiriləcək.
Onuncu yubiley Festivalı Qazaxıstan və bütün Türk Dünyası üçün çox əlamətdar və mühüm tarixlərə həsr olunub:
1. Muxali Bahadırın anadan olmasının 855 illiyi;
2. Qazax dövlətçiliyinin yaranmasının 800 illiyi;
3. Böyük Abayın anadan olmasının 180 illiyi.
Bu Festival “Muxali” İctimai Fondu və AR Nəşriyyatının (Qazaxıstan), Çukurova Ədəbiyyatçılar Dərnəyi-Türkiyə və TÜRKSOY Yazıçılar Birliyinin təşəbbüsü və birgə səyləri ilə təşkil olunub.
Əbədi Türk El adlandırılan Böyük Kainatın nəhəng mədəni-mənəvi irsinin bu sehrli bayramında ev sahibi olan ölkə - Qazaxıstanla yanaşı, Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Başqırdıstan, Macarstan, Şərqi Türküstan (ÇXR), Altay və Şimali Kipr Türk Cümhuriyyətindən, həmçinin Tacikistandan nümayəndə heyətləri iştirak edəcək.
Festivalın hörmətli iştirakçılarının və Almatı şəhərinin qonaqlarının nəzərinə bu bayram günlərinin proqramını təqdim edirik.
Festival çərçivəsində təşkil olunan bütün rəsmi tədbirlər Qazaxıstan Respublikası Milli Kitabxanasının və Ykılas Xalq Musiqi Alətləri Muzeyinin Əsas zallarında keçiriləcək.
21-22. 04.2025
1. Festival iştirakçılarının qarşılanması (transfer, otel);
3. Qonaqlar üçün yeməklərin təşkili (səhər, nahar və şam yeməyi, Almatıya çatdıqları andan);
4. Təşkilat Komitəsinin və nümayəndə heyətlərinin rəhbərlərinin ümumi yığıncağı;
5. Şəhərdə gəzinti və Almatı kənarına səyahət;
6. Qonaqların şərəfinə hazırlanmış konsert proqramı (Otel).
23.04.2025
1. 08:30 - 09:30 – Səhər yeməyi (otellərdə);
2. 10:30 – Festivalın rəsmi açılışı (Ykılas Muzeyi);
3. 13:00 – Nahar;
4. 15:00 – TÜRK DÜNYASI: Mənəvi və mədəni üfüqləri genişləndirmə vaxtı (Görüş, Ykılas Muzeyi);
5. 16:00 – Qazax artistləri və qonaqların birgə konserti (Ykılas muzeyi);
6. 18:30 – Şam yeməyi;
7. 19:30 – Poeziya gecəsi (otellərdə);
24.04.2025
1. 08:30 - 09:30 – Səhər yeməyi.
2. 10:30 – Böyük sərkərdə Muxali Kunkuarulinin anadan olmasının 855 illiyinə və Qazax dövlətçiliyinin 800 illiyinə həsr olunmuş elmi-maarifləndirici konfrans (Qazaxıstan Respublikasının Milli Kitabxanası);
3. 12:00 – Qazaxıstanın yaradıcı və elmi ziyalıları, ədəbiyyat və incəsənət xadimləri ilə görüş, həmçinin AR nəşriyyatı və “Dünya ədəbiyyatı” jurnalının kollektivi ilə tanışlıq (Fotosessiya və avtoqraf saatı);
4. 13:00 – Nahar:
5. 14:30 – Tarixi şəhər mərkəzində gəzinti;
6. 16:00 – Yazıçıların yeni kitablarının və Festivalda iştirak edən rəssamların gözəl rəsmlərinin təqdimatı (Qazaxıstan Respublikasının Milli Kitabxanası);
7. 18:30 – Şam yeməyi;
8. 19:30 – Axşam şəhər ətrafında ekskursiya;
25.04.2025
1. 08:30 - 09:30 – Səhər yeməyi;
2. 10:00 – Bir neçə müəllifin – festival iştirakçılarının yeni kitablarının təqdimatı (Qazaxıstan Respublikasının Milli Kitabxanası);
3. 11:30 – Fenomen şəxsiyyətlər Muxali Kunkuaruly və Abay Kunanbayulinə həsr olunmuş poeziya saatı (Qazaxıstan Respublikasının Milli Kitabxanası);
4. 13:00 – Nahar;
5. 14:30 – Yeni kitabların təqdimatı (Qazaxıstan Respublikasının Milli Kitabxanası);
6. 16:00 – Festival iştirakçılarının mükafatlandırılması mərasimi (Qazaxıstan Respublikasının Milli Kitabxanası);
7. 19:00 – Şam yeməyi;
8. 20:00 – Konsert və şeir proqramı (otellərdə);
26.04.2025
1. 08:30 - 09:30 – Səhər yeməyi;
2. 10:30 – 18:00 – Almatının qorunan ərazisinə səyahət;
3. 19:00 – Qala şam yeməyi (Festivalın rəsmi bağlanışı);
4. Qonaqları yola salmaq (Gün ərzində).
27-28. 04.2025
Festivalın xüsusi hissəsi (məhdud proqram).
P.S. Rəsmi proqrama bəzi mədəni və istirahət tədbirləri (Saki kurqanlarına, İli-Alatau Milli Parkına və Medeo ətrafına səfər, gündəlik konsertlər, yaradıcılıq gecələri, dostluq toplantıları, müxtəlif səyahətlər, gəzintilər və s.) daxil edilməyəcək.
Bütün reaksiyalar:
39Gulmira Abykeeva, Adile Nezer və başqa 37 nəfər