Saqif Qaratorpaq : - Bu yatmaq deyildi ha,yuxuya dəm tutmaqdı,

Ədəbiyyat 08:59 / 07.05.2025 Baxış sayı: 1120

Bu yatmaq deyildi ha,yuxuya dəm tutmaqdı,

Nə yaxşı çox gödəkdi indi gecənin ömrü.

Yoxsa elə bilirsən " get"demək-unutmaqdı,

Uzanır sonsuzluğa bircə hecanın ömrü.

 

Buza dünüb özünə indicə süzdüyün çay,

Başın elə qarışıb özünnən danışmağa.

Hər gün baxıb təqvimə de ki,çox uzandı may...

Bəhanə axtarırsan bəs niyə barışmağa?!

 

Düyün düşüb sinəndə,axı kimə deyəsən,

Gözlərinin yaşına dönür,neçə söz axır.

Nə yazmağa gücün var,nə deməyə taqətin,

İçində misra-misra ölür neçə söz axı!

 

Yıxılıb qururundan olmusan tikə-tikə,

Nə əlin sözə baxır,nə də ki ayaqların.

Ha əksən də göyərmir nə "yəqin",nə də "bəlkə",

Bircə dəfə "gəl" desə qaçarsan ayaqyalın...

 

Unutmusan çaydanı,indi çoxdan soğulub,

Aha...yenə gecikdin,yenə başladı dərsin.

Eh,o qədər deyin ki! De ki,mənə nə olub?

"Ay zalımın balası,Allah bəlanı versin!"