Fərhad Tapdıqoğlu : - Top-a-top-a

(hekayə)
Top-an ( əsil adı Tofiq) "Top-az " dan çıxıb evinə yollandı.Yolda top-ların top-dan satış mərkəzinə də girdi,baxdı... Bir an səmaya boylandı.Göydəki top-a- top-a buludları seyr etdi.Küçədə top-a- top-a insanlar dayanıb ,söhbət edirdilər...
Evə gəldi,otağa daxil olub televizorun düyməsini basdı.Gozü televizorda,
xəyala daldı Top-an....
....Kəndləri gözləri önündə canlandı.Orda da kənd kişiləri idarənin qabağına top-alaşar,top-a- top-a dayanıb ,söhbət edərdilər ..Kəndlərində " top-dağıtmaz " evləri vardı Top-angilin.Uşaq vaxtı yaşıdlarıynan qışda qar-top-u oynardı, qalan fəsillərdə top- top...
Hərdən ara qızışdırmağı da vardı.Ona evlərində " top-a güllə qoyansan " - deyirdilər...
Bir dəfə uşaqları başına top-ladı,top- top oynamağa başladılar.Top-anı top-a tutdu uşaqlar..Uşaqların biri ondan top-u aldı ,qaçdı... Top-an dayanıb ,eləcə top aparanın dalınca baxdı...Həmyaşıdlarından biri dedi: " ay top-al, get top-u al.."
Top-an getdi top-u aldı,gəldi,uşaqlar onun başına top-laşdı.Top-an,itləri "Top-landan " danışdı uşaqlara...
Dağılışdılar...Top-a uşaqların hərəsi bir tərəfə getdi..Kəndlərindəki top-a- top-a ağaclar, top-a- top-a qaratikan,böyürtkən ...kolları gözləri önündən keçdi...bağlarında top-a ağacların yanındakı top-a kolların dibində top-a- top-a bənövşələr vardı.Mərəçöyüd (qulançar) top-ası,yalda nərgiz top-ası.. Onları top-lamağını xatırladı Top-an...Sərçə top-asını raqatkaya xırda daş qoyub vurması yadına düşdü... Top-puş uşaq olan Top-an hesab dərsindən əməlləri: vurma,bölmə,çıxma top-lamanı zəif bilirdi...
Xəyallardan ayrıldı Top-an ...Televizorda müharibəli kino göstərirdilər: düşmənlər kəndləri top atəşinə tutmuşdular...
Düşündü Top-an: " Görəsən tor-paqlarımızı azad edib,top-lardan yaylım atəşi açılan günümüz olacaqmı??"
Ehh...
Darıxdı,özünü top-arlayıb,ayağa qalxdı.Axı parlamentə seçki keçirilirdi.Gedib ,səs verməliydi...Seçki məntəqəsinin qabağında da,məntəqədə də top-a- top-a adamlar vardı...Top-a adamların başı söhbətə qarışan kimi,komissiya üzvləri bülletenləri top-a- top-a qutuya salırdılar... O səs verdi ...Öz iradlarını bildirdi...o top-ada dayanan zırpılardan biri Top-anın qolundan tutub sıxdı və bayıra çıxardı...Top-an özünü top-arlayıb suyu süzülmüş halda evinə qayıtdı...
...Uzun illər MM- də oturan ,yüksək maaşları,saysız - hesabsız mal- mülkləri ,toxunulmazlıqları olan bir top-a deputatlar yenidən deputat oldular...
Top-an üz tutdu "Top-aza"...