İlham Rəhimli "Lənkəran teatrı" adlı kitabının təqdim etdi

Dünən , yəni14 iyun 2025-ci il tarixdə Lənkəran Dövlət Dram Teatrında sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin Lənkəran Teatrının tarixindən və bu günündən yazdığı "Lənkəran teatrı" adlı kitabının təqdimatı keçirildi.
Yenises.az xəbər verir ki, keçirilən təqdimatda kitabın müəllifi və Bakıdan gələn sənət adamları,Teatrın kollektivi,yazıçı və şairlər,ziyalılar iştirak etdilər.
Kitab haqqında Teatrın direktoru Laləzar Hüseynova geniş məlumat verdi. Çıxış edən Lənkəran ŞİHB-nın müavini Ülviyyə Əliyeva,AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli, tanınmış rejissor Bəhram Osmanov, xalq artisti Qabil Quliyev, aktyorlar Sücəddin Mirzəyev ,Allahverən Babayev, Şahrud Mehdiyeva Lənkəran teatrı barədə yazılmış bu kitabın tarixi əhəmiyyətindən söz açdılar.
Müəllif professor İlham Rəhimli çıxış edərək kitabın yazılması,sənədlərin toplanması və kitab üçün hazirlanması,kitabın nəşri ilə bağlı gördüyü işlərdən, qarşılaşdığı problemlərdən söz açdı.
Tədbir çoxsaylı maraqlı məqamları ilə yaddaşlara yazıldı.
