Fərhad Tapdıqoğlu :- Torpaq da,bitkilər də...su içir.

YAZARLAR 08:48 / 05.05.2025 Baxış sayı: 1162

Balacalar üçün

 

6 yaşlı Əlyar kənddəki babası Məqsəd gilə qonaq getmişdi.Babası pomidor tağlarına su verəndə, Əlyarı yanına çağırıb dedi:

---Gəl mənə kömək elə, Əlyar.Su arxın sonuna çatanda mənə de ,suyun istiqamətini dəyişib ,növbəti arxa yönəldim.Yaxşl bax,pomidor kolları hamısı su içsin.

Əlyar:

--Baba, pomidor kolları adamdır ki,su içsin?-təəccüblə babasını suala tutdu .

Məqsəd baba nəvəsinin sualını cavablandırdı:

--Mənim ağıllı nəvəm torpaq da ,bitkilər də,heyvanlar da,bütün canlılar su içir.

Əlyar:

--Onların ağzı var ki?- soruşur.

Məqsəd baba dedi:

--Pomidor kollarının ağzı onların kökləridir.O köklər vasitəsi ilə qida da qəbul edir, su da içir.Torpağın da ağzı var.Torpaqlar da,bitkilər də suyu içirlər ,doyanda daha qəbul eləmirlər,suyu buraxırlar axıb gedir.

Əlyar :

--Başa düşdüm baba. Mən də susuzluyanda su içirəm .Doyanda ta içmirəm.Həə,baba pomidor kolları hamısı su içdi.Arx doldu suyunan- sevincək dedi.

.... Əlyar şəhərə ,evlərinə qayıdanda torpağa,bitkilərə su verəndə babasına kömək etdiyindən ağızdolusu danışacaqdı.