Əşrəf Veysəlli :- Olmadı

Ədəbiyyat 22:03 / 17.06.2025 Baxış sayı: 649

 

Bu ağac da bar vermədi

Bu bağ da bir bağ olmadı.

Sevincimə yiyə duran ,

Dərdimə ortaq olmadı.

 

Kef damağı çağ olanlar

Üzümüzə ağ olanlar.

Ürəyimdə dağ olanlar

Kürəyimdə dağ olmadı.

 

Azadam ,xöşbəxtəm- deyə

Səs saldım bütün ölkəyə.

Sevindən hoppandım göyə,

Düşəndə torpaq olmadı.