Xatirə Fərəcli. : - Sən adında.

Ədəbiyyat 13:41 / 19.06.2025 Baxış sayı: 2485

 

 

Ruhumda bir ağrı var

Boy verir sən adında.

Ağrıdan pay verənim,

Qalmışammı yadında?

 

Səndə ilişib qalmaq,

Xatirələrə dalmaq,

Mənəmi düşdü yanmaq

Bu sevginin odunda?

 

Ürəyinə sindimi?

Görüş-görüş dindinmi?

Məni tapa bildinmi

Görüşdüyün qadında?