Elnur Uğur Abdiyev : - Dünənim bu günə duru aynadı.

Ədəbiyyat 08:25 / 17.03.2025 Baxış sayı: 527

İçimdən birini ötürürəm hey,

Dünənim bu günə duru aynadı.

Baxıb öz- özünə elədiyinə,

Bu gün sabahımı darda qoymadı.

 

Boylandım könlümün pəncərəsindən,

Zövq aldım bu eşqin mənzərəsindən.

Həyatın "sev" deyə qaynar səsindən.

Ruhuma ruh verdi, qanım qaynadı.

 

Güzgüdən məsumca edib əl uşaq,

Qaçdı gələcəyə o dəcəl uşaq.

Nolar,bir də qayıt,qayıt,gəl uşaq.

De ki, eşqin sənə nələr qiymadı?