Ələsgər ƏLİOĞLU : - NİYƏ LALƏLƏRİ BOLDUR BU YERİN?..

Ay nənə, ay nənə, matam bu işə,
Vallah, hər qarışı oddur bu yerin.
Qoynu təbəssümə. qoynu gülüşə,
Yeddi miyanadan yaddır bu yerun.
Qorxuram, qorxuran yadına düşə,
Hansı vuruşmada, hansı döyüşdə,
Torpağı qanlara batdı bu yerin...
Niyə bədənimi qoyub qıraqda,
Niyə hisslərimi yandırır bu od.
Fikrimin üstünə düşüb bayaqdan,
Nəyisə, nəyisə qandırır bu od.
Ay nənə, bi çəmən qəlbimi sıxıb,
Ay nənə, bu alov heyrətdir burda.
Bənövşə ceyranın belinə çıxıb,
Ay nənə, nərgiz də qəhətdir burda.
Ay nənə, gəl qoyma qarala qanım,
Ay nənə cəbhədən geri dönməyən
Sən o bircə oğlun Musanın canı,
Soruşma, soruşma, soruşma niyə,
Sinəsi zil qara xaldır bu yerin!?
Özgə çiçəyi yox, özgə gülü yox,
Niyə lalələri boldur bu yerin?!
1977