Ələddin Əzimli : - İSTƏK

Ədəbiyyat 18:30 / 16.04.2025 Baxış sayı: 901

 

Bu istək haraya aparır məni?

Bəlkə bir yurddaşım təkdir, dardadır?

Doğmadan, yaxından qoparır məni,

Hissim bölük-bölük, para-paradır.

 

Yapışıb əlimdən çəkir duyğular,

Pozulur sakitlık, sönük yuxular,

Səmada rənglərdən təzə rəng doğar,

Dörd yanım ulduzdur, bu Ayparadır.

 

Atını yeyın çap, çək qılıncını,

Qoru fəlakətdən qardaş-bacını,

Yağının başından uçur tacını,

Bilməsin baş harda, bədən hardadır.

 

Qoşul küləklərə istək dalınca,

Qaranlıq çəkilib, gün doğulunca,

Ey igid Türk oğlu, sarıl qılınca,

Çəsurluq, qorxmazlıq bu diyardadır.

 

İstəyin, niyyətin qoy öndə olsun,

Xainin, namərdin yurdu dağılsın,

Səsinlə, sözünlə başın ucalsın,

Çünki, Vətən oğlu bu məramdadır!..

16. O4. 2025.