BƏNÖVŞƏ   DAŞDILININ  ŞEİRLƏRİ

Ədəbiyyat 13:04 / 18.06.2025 Baxış sayı: 6235

 

(İbadzadə  Bənövşə Heydər qızı)  Azərbaycan Respublikasının  Laçın rayonunda anadan olub. İxtisasca  psixoloqdur. Uzun müddət Bakı şəhəri  Yasamal rayounuda  M. Müşfiq adına 18 sayli Pilot məktəbdə müəllim işləyib. Azərbaycan Yazıçılar Birliyinin , “Vahid”, “Araz”, “Dirili Qurbani”  Aşıq Pəri Məclisinin və  bir sıra  ədəbi birliklərin üzvüdür. Şeirləri  Azərbaycan əbəbi -bədii jurnallarda, almanaxlarda və dövri mətbuatda müntəzəm dərc olunur. Doqquz şeirlər kitabının müəllifidir.)

 

QAZAXIM

Qazaxıstan dövlətçiliyinin 800 illiyinə.

Sən ey türk xalqının ilkin beşiyi,

 Dağlarda qurdunuz  evi-eşiyi.

İgid oğulların çəkir keşiyi,

Tanrı dağlarıdı yurdu Qazaxın!

 

Minillərdən gəlir adın, sorağın,

Bu gün turanlılar  əziz qonağın.

Səkkiz yüz il ötür dövət qurmağın,

Qızıl Ordu, Alaş Ordu Qazaxım!

 

Həmişə gur yanıb odun- ocağın,

Ulusa yol tutub, yanır çırağın.

Müqəddəsdir, Tanrı dağın, Tur dağın,

Rəngi bozdu, bozdu qurdu Qazaxın!

 

Qıpçaq çölləri, qıpçaq yaddaşı,

Canlıdır tarixi, ləldir hər daşı.

Alagöz Xəzərin Balxaş qardaşı,

Sırdərya köksündə nurdu Qazaxın!

 

Dadına çatmadı zaman duası,

Tanrıdan dilədi aman, duası.

Çölündə, düzündə şaman duası,

Sönməyən ocaqdı-qordu Qazaxım!

 

Qardaş-bacı canbir, belə görüşə,

Üzümüz sevincdən gülə, görüşə,

Bu gün təbrikinə gəlib Bənövşə,

Könlümdə taxtını qurdu Qazaxım!

MUXALİ  BAHADIR

Qazaxstanın xalq Qəhrəmanı Muxali Bahadırın 855 illiyinə

 

Sıralandı, zəfər-zəfər  ucaldı,

Düşmənləri yenə yenə bac aldı.

Çingiz Xandan neçə-neçə tac aldı,

Ulusla çəkilir, qoşadır adı,

Qutsaldır Muxali Bahadır adı!

 

 

Zəfərləri zəfər üstə  gətirdi,

Xan da onu oğulluğa önərdi.

Nər döyüşü, nər savaşı hünərdi,

Tarix unutmayıb, yaşadır adı,

Qutsaldır Muxali Bahadır adı!

 

Əldə qılınc zəfərlərdə yoğruldu,

Xalq dilində, nəğmələrdə duruldu.

Yüz illərdi, nağıllarda soruldu,

Öndə qərar tutdu, başadır adı,

Qutsaldır Muxali Bahadır adı!

 

Hər ordu da çatmaz idi orduna,

Tapılmadı, tay olmadı “Qızıl Orda”na.

Savaşlarda zəfər gəldi yurduna.

Qalib sərkərdədir, paşadır adı,

Qutsaldır Muxali Bahadır adı!

 

Ulus üçün zərrə-zərə üyünən,

Ürəkləri vətən üçün döyünən,

Ərənləri hər zəfərlə öyünən,

Yenə yüzbaşı, minbaşıdır adı,

Qutsaldır Muxali Bahadır adi!

 

Dözdük "yüz"ə, yorulmadıq "min"ə də,

Qoy yetirim bir müjdəni sənə də,

Unutmadı, sıralandı yenə də,

Yeni-yeni zəfərlərin marşıdır adı,

Qutsaldır Muxali Bahadır adi!

 

Qıpçaq elin çöl yovşanı gözləyir,

Bozqırların gül-gülşəni gözləyir,

Ata yurdum Bənövşəni gözləyir,

Tutduğum ünvana, tuşadır adı,

Qutsaldır Muxali Bahadır adi!

 

ABAYI

( Görkəmli Qazax şairi Abay Kunanbayevin 180 illiyinə)

 

Ey, Qazax xalqının görkəmli oğlu,

Elminlə nurlandı millətin yolu.

Sözünün hikməti uludan ulu,

Ədalət uğrunda çəkdin harayı-

Tanrı bəxş etmişdi nurdan Abayı.

 

İrsin-əmanitin camalın oldu,

Doğruluq, ehtibar amalın oldu .

Nə qədər kədərin, məlalın oldu,

Ustad örnəklərin çoxaldı sayı-

Tanrı bəxş  etmişdi nurdan Abayı.

 

“Qara söz“ dediyin ağ günlərə yol,

Elmin yetərincə, nəsihətin bol.

Haqq olan işlərə sən çəkəndə qol

Zəkanla bəzədin günəşi, ayı-

Tanrı bəxş etmişdi nurdan Abayı.

 

İsindi könüllər, isindi torpaq.

Göylərə üz tutub indi hər budaq.

Bəzənib Tur dağı, öndə Tanrı dağ,

Xəyalım dolanır hərdən Altayı-

Tanrı bəxş etmişdi nurdan Abayı.

 

İnsanliğın-haqqın hakimi oldun,

Zamanın loğmanı-həkimi oldun,

Tarixə yaddaşmı, zəkimi oldun?!

Sən ulusun lütfü, ulusun payı-

Tanrı bəxş etmişdi nurdan Abayı.

 

«Kim haqlı, kim yayır zülmü-zilləti?»

Yoxsulluğa çəkir daim milləti .

Ancaq elmdədir insan qüdrəti,

Bənövşə söz ilə qurur sarayı-

Şeirlə yad etdi  şair Abayı!

Qazaxıstan dövlətçiliyinin 800 illiyinə.

 

Sən ey türk xalqının ilkin beşiyi,

 Dağlarda qurdunuz  evi-eşiyi.

İgid oğulların çəkir keşiyi,

Tanrı dağlarıdı yurdu Qazaxın!

 

Minillərdən gəlir adın, sorağın,

Bu gün turanlılar  əziz qonağın.

Səkkiz yüz il ötür dövət qurmağın,

Qızıl Ordu, Alaş Ordu Qazaxım!

 

Həmişə gur yanıb odun- ocağın,

Ulusa yol tutub, yanır çırağın.

Müqəddəsdir, Tanrı dağın, Tur dağın,

Rəngi bozdu, bozdu qurdu Qazaxın!

 

Qıpçaq çölləri, qıpçaq yaddaşı,

Canlıdır tarixi, ləldir hər daşı.

Alagöz Xəzərin Balxaş qardaşı,

Sırdərya köksündə nurdu Qazaxın!

 

Dadına çatmadı zaman duası,

Tanrıdan dilədi aman, duası.

Çölündə, düzündə şaman duası,

Sönməyən ocaqdı-qordu Qazaxım!

 

Qardaş,bacı-canbir, belə görüşə,

Üzümüz sevincdən gülə, görüşə,

Bu gün təbrikinə gəlib Bənövşə,

Könlümdə taxtını qurdu Qazaxım!

 

ALMATI

 

Ruhuma hakimdi yağışın-havan,

Gecələr nurlusan, gündüzlər əlvan.

Bir çinar qocadır, bir çinar cavan,

Keçmişdən bugünə izdi Almatı.

 

Demə bu gözəllik gəldi-gedərdi,

Bəlkə bu tale, bəlkə qədərdi.

Almanı Həvvamı, Adəmmi dərdi?!

Cənnətin özüdür,  özdü Almatı.

 

Bənövşə, bu ərzin ərkə bağlıdır,

Birlik dirilikdir, bərkə bağlıdır,

Alma da, Ata da türkə bağlıdır,

Müqəddəs ocaqdı-közdü Almatı.