Balayar Sadiq : - ŞEİR QOXULU QADIN

Ədəbiyyat 08:11 / 17.04.2025 Baxış sayı: 898

 

Dodağımda bir misra

Əl eləyir adına.

Ömrü şeir qoxulu,

Qəlbi tənha qadına.

 

O köksündə çırpınan,

Ürək həsrət çiçəyi.

Sən çəkdiyim dərdlərin,

Ən gözəli, göyçəyi.

 

Misralara səpmisən,

Ağrısını bir eşqin.

Həsrətinlə üşüyür,

Qapısından gir - eşqin.

 

Dodağında titrəyən

Misralara salam de.

Könlünü duymazlara,

Sözüm yoxdu, lalam de.

 

Bu ayrılıq qoxulu

Qəlbimi al ovcuna.

Nəfəsini qoxlasın,

Qoy ucuna-ucuna.

 

Kaş yuxun qarışmasın,

Bir qəribin sözündən.

Mənim şeir qoxulum,

Muğayat ol özündən..