Aləmzər Sadiqqızı : - Sən ömür kimisən...

Səninlə söhbətə gəlmişəm bu gün...
Nə olar bir azca anla sən məni.
Sənin görüşünə gecikdiyimçün ,
Ərk edib bir az da danla sən məni.
Uzat əllərini qurbanın olum,
Gözümün yaşını sil ağrın alım.
Soruş kim incidib səni əzizim,
Qoy deyim sözümü bil, ağrın alım.
Oxu ürəyimdən könül sözümü,
Gömgöy gözlərini sıx ürəyimə.
Bir doğma, bir əziz adamım kimi,
Nə olar ürəkdən bax ürəyimə...
Baxma görüşünə gec-gec gəlirəm,
Sən ömür kimisən, tək çəkmək olmur!
Nədənsə her yerə tək getmək olur,
Sənin görüşünə tək gəlmək olmur!